IN THE NOVEL "FORBIDDEN GAME" BY SABIR AHMADLI CHARACTERISTICS OF MAGICAL REALISM

Рубрика конференции: Секция 17. Филологические науки
DOI статьи: 10.32743/NetherlandsConf.2023.3.29.354045
Библиографическое описание
GARAYZADE M.A., KADIEVA S.A., DASHDAMIROVA N.M., AMIRASLANOVA A.S. IN THE NOVEL "FORBIDDEN GAME" BY SABIR AHMADLI CHARACTERISTICS OF MAGICAL REALISM// Proceedings of the XXIX International Multidisciplinary Conference «Innovations and Tendencies of State-of-Art Science». Mijnbestseller Nederland, Rotterdam, Nederland. 2023. DOI:10.32743/NetherlandsConf.2023.3.29.354045

SABİR ƏHMƏDLİNİN “YASAQ EDİLMİŞ OYUN” ROMANINDA MAGİK REALİZMİN XÜSUSİYYƏTLƏRİ

Герайзаде Малахат Ага БаБА кызы

канд. филол. наук, доц., Азербайджанский медицинский университет,

Азербайджан, г. Баку

Кадиева Севда Абдулсамед кызы

канд. филол. наук, старший преподаватель, Азербайджанский медицинский университет,

Азербайджан, г. Баку

Дашдамирова Нигяр Магамед кызы

канд. филол. наук, преподаватель, Азербайджанский медицинский университет,

Азербайджан, г. Баку

Амирасланова Арзу Сурхай кызы

старший преподаватель, Азербайджанский медицинский университет,

Азербайджан, г. Баку

 

IN THE NOVEL "FORBIDDEN GAME" BY SABIR AHMADLI CHARACTERISTICS OF MAGICAL REALISM

Garayzade Malahat Agha Baba

Ph.D. ,assistant professor, Azerbaijan Medical University,

Azerbaijan, Baku

Kadieva Sevda Abdulsamad

Ph.D., senior teacher, Azerbaijan Medical University,

Azerbaijan, Baku

Dashdamirova Nigar Magamad

Ph.D., teacher, Azerbaijan Medical University,

Azerbaijan, Baku

Amiraslanova Arzu Surkhai

senior teacher, Azerbaijan Medical University,

Azerbaijan, Baku

 

ANNOTASİYA

Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” ro­manı “magik realizm” janrında yazılmış ən diqqətəlayiq ədəbi nümunə olsa da, bu roman ədəbiyyatşünaslıqda tədqiq olunmamışdır. Əsərin yaranması 1991-ci ilə təsadüf etdiyindən razılaşmaq lazımdıki, bu illər üçün onu hansı üsul baxımından və hansı elmi nəzəriyyə ilə tədqiq etməli, əsərə necə ya­naşmalı sualları ortaya çıxır. Əsərin səhifələrində “magik realizm” estetikasi ilk dəfə can­lanır. Ortaya bir karnaval havası girir. Əsərdəki bəzi səhnələrdə açiq nitq yoxdur, bütün söhbətlər “laldili” təsvir edilir. Magik realizm janrı oxucunu tam mənada öz tə­siri altına alır, oxucu, adi nitqə, sözə, ədəbi mətnə deyil, “metatekstə” inan­mağa başlayır. Əsər boyu yazıçı məntiqlə hoqqabazlığın fərqi nədədir kimi suallar qoyur. S.Əhmədlinin “Yasaq edilmiş oyun” romanı magik realizmin bütün prin­siplərinə sadiqdir. Reallığın nə qədər nisbi, mücərrəd oyunların nə qədər ciddi görkəm ala biləcəyini təsvir edən müəllif həqiqətən XX əsr Azərbay­can nəsrinin ən qiymətli yazıçılarından biri sayılmalıdır.

ABSTRACT

Although Sabir Ahmadli's novel "The Forbidden Game" is the most remarkable literary example written in the "magical realism" genre, this novel has not been studied in literary studies. Since the creation of the work coincided with 1991, it is necessary to agree that for these years, the questions of what method and scientific theory should be studied and how to approach the work arise. On the pages of the work, the aesthetics of "magical realism" comes to life for the first time. There is a carnival atmosphere. In some scenes in the work, there is no open speech, all conversations are described as "mute". The genre of magical realism takes the reader under its influence in the full sense, the reader begins to believe in the "metatext" and not the ordinary speech, word, literary text. Throughout the work, the writer asks questions such as what is the difference between logic and juggling. S. Ahmadli's novel "Forbidden Game" is faithful to all the principles of magical realism. The author, who describes how relative reality is, how serious abstract games can be, should really be considered one of the most valuable writers of 20th century Azerbaijani prose.

 

Açar sözlər: roman, əsər, nümunə, obrazlar, müəllif, təsvir, prinsip.

Keywords: novel, work, example, images, author, description, principle.

 

Azərbaycan xalq yazıçısı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” ro­manı “magik realizm” janrında yazılmış ən diqqətəlayiq ədəbi nümunə olsa da, bu roman ədəbiyyatşünaslıqda tədqiq olunmamışdır. Əsərin yaranması 1991-ci ilə təsadüf etdiyindən razılaşmaq lazımdıki, bu illər üçün onu hansı üsul baxımından və hansı elmi nəzəriyyə ilə tədqiq etməli, əsərə necə ya­naşmalı sualları ortaya çıxır. Buna görə də əsər yazıldığı dövrdə lazımi də­rəcədə tədqiqata cəlb olunmamışdır. Dünya ədəbiyyatında magik realizm janrında yazılan nümunələr H.Hessenin “Muncuq oyunu”, Xulio Kortasann “Şəbəkə oyunu”, Con Faul- zun “Sehirbaz” romanları hesab olunur və hər üç əsər magik realizmin “oyun” estetikası prinsipləri ilə qurulmuşdur. Qeyd etmək lazımdir ki, Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı da bu estetik prinsipə söykənir və magik realizm janrının qanunlanna sığırdı.

M.Baxtinin orta əsr karnaval estetikasi sahəsində apardığı araşdırmalar gösrərir ki, ayin və oyunlar təkcə Şərqdə deyil, Avropada da mövcud olmuş­dur. “Xalq gücü” kimi şərti anlayışlar, məhz oyunlar əsasında hakim təbəqəyə öz qüdrətini nümayiş etdirmişdir. Fransua Rable, Conatan Svift kimi ya­zıçıların əsərlərində həmin misteriyalarin təsirini hiss etməmək mümkün deyil.

Sabir Əhmədlinin qələmə aldığı romanda da həmin xalq misteriyası, karnavalı təsvir olunmuş, “dövlət, padşah, xan, vəzir, fərraş, cəllad, cəza” kimi semiotik kodlardan istifadə olunmuşdur. 30-cu illər. Azərbaycan əya­ləti. Kənddə kolxozlaşma. Quldar-qaçaq məhv edilib, məktəblər yaranıb, uşaqlar dərsə gedir və s. Yeni hakimiyyət xalqa “oyun şərtləri” təklif edib­lər. Bu vaxt xalqin ən dərin, görünməz qatlarında yatmış semiotik kodlar qəfildən başqa cür oyun şəklində yenidən özünü büruzə verir. El içindən çixmiş Gər Xəlil bütün kəndə elan edir ki, bu gündən “oyun” başlayır, o özü padşahdır, dostları Mürşüdlə Cəmşid isə vəzir, vəkil cildində onun yanından ayrılmamalıdırlar. Bütün kənd oyun şərtlərinə boyun əyir, “laldinməz” hala düşüb səsini belə çıxara bilmir. Əsərdəki magik realizm də elə buradan qaymaqlanır. Xalqın ana nüvəsində gizlənmiş “padşah, vəzir, vəkil, cəza, cəllad, günah, səhv” kimi semiotik kodlar, 30-cu illər Azərbaycan gerçəkliyi şəraitində ye­nidən dirçəlib üzə çıxır. Burada da biz “el magiyası”, onun “sehirli çubuğuyla qarşı-qarşıya gəlirik. O vaxt sovet hakimiyyəti rəsmiləri - milis Şahverdi, yoldaş Verdiyev, Nazlı müəllimə kimilər də bunu görüb lap çaşır. Onlar dərk edirlər ki, köhnə quruluşu yıxıb yenisini qurmaqla hələ heç nə bitmir. Xalqın sirli oyunlarına qələbə çalmasalar yeni quruluşu da itirəcəklər. Özünü padşah elan edib, bütün kənd əhlini “laldinməz” oyununa cəlb et­miş Gər Xəlil, təzəcə açılmış məktəb qarşısından öz əsabalanyla keçərkən, uşaqların dilindən səslənən “Hökumət bizimdir, biz də qurmuşuq. Al bayrağa beşguşəli ulduz vurmuşuq!” [1, с. 34] mahnısını eşidincə başını bulayar. Tərs bir baxışla Nazlı müəlliməyə doğru baxır, artıq məktəb uşaqları “laldinməz”də iştirakçı deyillər. Məktəbli uşaqlardan başqa hamı laldinməzdir. Orta əsr karnaval estetikasını tədqiq etmiş M.Baxtin, belə məqəmda “travestiya”, yəni “dönmə” qanunu barədə söz açar, karnaval mərasimlərin­də bunun ən vacib bir piilə olduğunu göstərmişdir. Təsvir etdiyimiz mənzə­rədə məhz “travestiya” qanunu işə düşüb-uşaqlar öz adətlərincə artiq oyna­mır, əksinə təhsil alırlar. Bu dəfəki “uşaqlar” isə kimdir? - Yaşlı nəsil, ata­lar və analar.

Məhz əsərin bu səhifələrində “magik realizm” estetikasi ilk dəfə can­lanır. Ortaya bir karnaval havası girir. M.Baxtinin dediyi “travestiya” qanu­nu ədəbi mətni ortadan qırıb ona yeni nəfəs verir. Uşaqlar oyundan kənarda qalıb, bu işi yaşlı nəslə, ata-anaya tapşırırlar. Sovetləşmə kəndə girincə, əski xalq təfəkkürü, xalq oyunları təhlükə altında olduğundan şüuraltı, yeraltı qüvvələr hərəkətə keçir - Gər Xəlili yeni “padşah” təyin edir. Kənddə para­lel dünya, paralel hakimiyyət, paralel oyun qurulur. Birinci şərt “laldin- məz”lik tələb edir. “Padşah” gəzişdiyi yerdə tam sükut olmalıdır. Nitq ləğv olunur. “Gər Xəlil dəstə önündən keçincə sanki möcüzə baş verir - hami til­simə düşmüş kimi səs-səmirsiz donub qalır” [1, с. 45] . Öz hakimiyyət qüdrətini sezən padşah dəstəsi son nəticədə rahatlanır. Hətəmxan dəyirmanına gedib orda nahar edir.

Əsərdə bütün sonrakı səhnələrdə açiq nitq yoxdur, bütün söhbətlər “laldili” təsvir edilir. Bu yerdə təbiət dilə gəlir - sular danışır, külək nəsə pıçıldayir - insan nitqi təbiətin diliylə əvəzlənir. Magik realizm üçün əsərdə böyük imkanlar açilir. Başqa maraqli cəhət - insanlarin “laldinməz” oyunu heyvanlara da keçir, inəklər böyürmür, itlər susub, daha hürmür.Hətəmxan dəyirmaninda oyunçu dəstəsi imtahana çəkilir: “Laldin­məz” əsl dəyirmançı diliydi. Gər Xəlil oyunu burada, Hətəmxanla heç cür uda bilməz, birinci dillənib, şərti pozub, günün siftəsində, oyunun başlanğı­cında bir qızıl-qırmızı xal itirərdi” [1, с. 23]. Magik realizm janrı bu təsvirlərdən sonra oxucunu tam mənada öz tə­siri altına alır, oxucu, adi nitqə, sözə, ədəbi mətnə deyil, “metatekstə” inan­mağa başlayır. Dəyirmançı Hətəmxanı özünə padşah seçir. Kəndi öz əsirinə çevirmiş bu gərgin şərait axırda adi yumorla öz həllini tapır. İmaməü aşxa­nasına təşrif gətirən padşah heyəti orda bir tərəkəməylə rastlaşır. Onun “salamil-əleykim!” nidası əslində oyunu pozmur, sadəcə oyuna məntiqi bir nöqtə qoyur. Gər Xəlil də elə bunu gözləyirmiş. Hətəmxana deyil, məhz tə­rəkəmə çobanına icazə verir ki, oyunu bitirsin.

Sovet hökumətinə kənddə meydan oxuyan oyunun birinci hissəsi bi­tincə, məsxərənin ikinci hissəsi başlayır - “Burcutma”. S.Əhmədli qeyd edir ki, bu hissənin içində “donma”, “dilaçdi” parçalari da var. Xalq təfək­kürünün alt qatında yatıb mürgüləyən, vaxtaşırı oyanıb həyat gerçəkliyinə, sonra hətta ədəbiyyata sıçrayan bu “sirlərin xəzinəsini” üzə çaxarmaqda “Yaaq edilmiş oyun” romanının xidməti əvəzolunmazdır. Burada adi “tekst” arxa cərgəyə atılır, əsl “metatekst”, təfəkkürümüzün ana nüvəsi ön sıraya keçir. Ədəbi mətnin ana qayəsini təşkil edən “alt qat” müddəası özü­nə birincilik qazanır. Roman boyu bu metatekst öz ölümsüzlüyünü sübut edir, hakimiyyət anlayışını təkcə rəsmi tərəfi deyil, gizli cəhəti diqqətimizə çatdırılır. Təsadüfi deyil ki, həmin bu “qırx cilvəli” oyun nəticəsində hər il bütün insanlar demək olar ki, iştirak edər, bir çoxları mühüm “səlahiyyətlə­rə” malik olardılar. Məsələnin ədəbi mətn çərçivəsində tədqiq edən yazıçı S.Əhmədli bununla realizmin hüdudlarını xeyli genişləndirib. Hətta alt şüu­ru götürüb, onu adi şüur dünyasına nə qədər uyğunlaşa biləcəyini də bizlərə aydın nümayiş etdirmişdir.

Onun üçüncü pilləsi “Yançıxdı-qolçıxdı” adlanır. Burada iştirakçılar “padşah” hüzurunda əl-qollarını sürətlə qaldırıb endirirlər. Həmin hərəkəti növbəti dəfə şitliklə eləyən avara Rəğibə, “padşah” üzünü turşudur, “muz­dur köpəkoğlu, rədd ol, çıx aradan” əmrini verir. Kütün oba, böyüklü-kiçikli Gər Xəlili görüncə, onun qarşısında əl-qolunu oynadır, “yançıxdı-qolçıxdı” ayinini icra edir. S.Əhmədlinin dilincə desək, “sosializma” hərəkətinə qarşı kənd hoqqabazlan öz oyunlarını çıxarıblar. Özü də, bu oyunun heç 'bir mən­tiqi yoxdur, lakin o, kommunizm oyununa lazımi səviyyədə cavab idi. Əsər boyu yazıçı məntiqlə hoqqabazlığın fərqi nədədir kimi suallar qoyur. Xalq isə hər iki oyunun iştirakçısı olduğundan, ikisinə də xain çıxmaq istəmir.Balaca kənddə məntiqlə absurd biri-birilə amansızcasına döyüşür - əsəri oxuduqca, insan reallığın itdiyini, absurdun məntiqə qalib gəldiyini hiss edir. Müəllifin bütün əsər boyu magik realizm janrından istifadəsi, “oyunla” reallıq arasındakı səddi silməsi əsərə xüsusi bir oxunaqlıq gətirir.

Daha bir vacib cəhət - fransız strukturalisti J.Kristevanən ədəbiyyatda aş- karladığı “paratekstuallıq”(ikili mətn), romana dialektik inkişaf bəxş edir. Paralel mətn estetikası əsərə başqa paralel insan surətləri gətirir, bu­rada hər personajın bir nağıl kölgəsi də mövcud olur. Məsələn, Gər Xəlil - padşah, Cəmşid - vəzir. Mürşid - vəkil, Çarxçıoğlu - fərraş, Rəğib - keçəl. Kamıyev - paşa, Nazlıxanım - Koroğlunun Nigarı və s. Zənnimizcə, əsərdə mifoloji təfəkkürün “trikster” modelindən istifadə olunmuşdur. Yəni, hər qəhrəmanın nəzdində biz onun komik triksterini görürük. Sovet hökuməti­nin triksteri muzdur Rəğibdir. 8 Mart qadınlar bayramı günü o, xitabət kür­süsünə qalxıb ağzına gələni danışır: “Kadın can-ciyarımızdı, onlarsız bircə günümüz-gejəmiz olmasın! Biz kadınları var güjümüzlə qucub, bağrımıza basmalıyıq!”[1, с. 33]. Bu boşboğazlıq Rəğibə baha başa gəlir - sovet rəsmilə­ri onu xitabət kürsüsündən aşağı salırlar. Nəticədə, kənddə “padşahlıq edən qrup onu dolamağa başlayır. Rəğib bu dəfə onların tərəfmə keçmək istəyir. Son nəticədə “muzdur" kodlu bu surət həqiqətən hər iki qrupun nökərinə çevrilir. Məhz bu surətin acınacaqlın psixologiyası əsasında yazıçı sanki sə- tiraltı şəkildə qərar verir - “muzdur, padşah, nökər, xan, fərraş, cəllad” kod­larını dəyişmək çətin məsələdir. Kənddəki “sosialma”nin bunu dəyişməsi üçün xalqın altşüurundakı “padşah-padşah oyunu” dəyişməlidir.

S.Əhmədli romanını magik realizm janrının prinsipləri əsasında aydın­laşdırmağa çalışaq: hadisələr iki metafıziki qatda təsvir edilib deyə, burada hər qəhrəmanın bir insani, bir zooloji oxşarı var. Qəhrəmanlar hər iki dünya arasında qəfil səfərə çıxır, insan cildindən heyvan şəklinə keçirlər. NKVD üçlüyü qəfildən padşah heyətiylə həm fərqli, həm də oxşar xüsusiyyətlər qazanır. Hər qəhrəman öz zooloji totemi, yəni, həmzadıyla vəhdət təşkil edir: İsfəndiyar bəy - ipək yüklü dəvə, dəyirmançı Hətəmxan - dəyimıan xoruzu, Nazlı müəllimə - qızıl gilas, Nazlıxanım - çılpaq ilahə, Cümşüd vəzir - qoç, Mürşüd vəkil - qoç.

Romanın beşinci fəsli “Almaver” adlanır. Oyunun bu mərhələsi zama­nı hər bir kənd sakini padşdh Xəlilə qırmızı alma verib, mövzuyla əlaqədar bir bayatı oxumalıymış. Lakin kənddə kollektivləşmə gedir, bazarlar işlə­mir, meşələr qaçaq-quldur ixtiyarındadır deyə alma qəhətə çəkilib. S.Əhmədlinin bu fəsildəki təsvirlərini oxuyarkən, belə bir qənaətə gəl­mək olar: Azərbaycan el folkloru əslində həmin “qırx cilvəli oyun’un bizə gəlib çatan qalıqlarıdır. Keçmiş zamanlarda bizim bütün folklorumuz bu sayaq el oyunlarına qulluq edirdi. Kənddə sovet hakimiyyəti qurulduqdan sonra həmin folklor oyunları artıq təhlükəylə üzləşib - bu qədim el karnavalını həyatda oynamaq daha hər adamın işi deyildir. Əsərdə qurulan oyun hətta bu çətin məqamda belə bitmir, min-bir qadağanı aşıb birtəhər davam edir. “Almaver cilvəsi” kollektivləşməyə qarşı iqtisadi mübarizə mahiyyəti daşıyır - kəndin özündə alma yoxdur, onu dərmək üçün meşəyə getməlisən. Meşələr isə qaçaqların ixtiyarındadır. Bütün kənd sakini “Məlikməmməd” nağılını yaşamağa başlayır - gərək meşəyə gedib padşah Gər Xəlilə qırmızı alma gətirəsən. Xalqın altşüurundakı bu cür mövzuların qəfildən üzə çıxma­sı, siyasi reallıqla toqquşması olduqca maraqlı bir hadisədir. Zənnimizcə, özünə möhkəm yer tutmuş “Məlikməmməd” nağılını dərk etmək baxımın­dan bu fəslin böyük əhəmiyyəti var. Magik realizm bu fəsildə dönüb əsil həyat realizmi olur və bununla da miflə reallığın vəhdəti yaranır.

S.Əhmədli yaradıcılığında məhz bu xalq oyunları bir mövzu kimi ayrı­ca roman halına düşür. Onun “Yamacda nişanə”, “Qanköçürmə stansiyası” “Toğana”, “Dünyanın arşını”, “Yaşıl teatr” romanları həmişə öz ideyasını bu xalq oyunlarından götürmüşdür. Yazıçının dramaturji bütövlüyü də məhz ordan - xalq yaddaşından qaynaqlanır. O, bu mövzuları əslində xalq oyunlarından iqtibas etsə də, öz iti qələmiylə folklorumuzu təkrarlamır. Əksi­nə. tədqiq etdiyi mövzulan yalnız həmin el üsuluyla nəsr əsərlərinə çevirir.

Beləlikə, yuxarıda göstərdiyimiz qeydləri əsas götürərək demək olar ki, S.Əhmədlinin “Yasaq edilmiş oyun” romanı magik realizmin bütün prin­siplərinə sadiqdir. Reallığın nə qədər nisbi, mücərrəd oyunların nə qədər ciddi görkəm ala biləcəyini təsvir edən müəllif həqiqətən XX əsr Azərbay­can nəsrinin ən qiymətli yazıçılarından biri sayılmalıdır.

 

Ədəbiyyat:

  1. Sabir Əhmədli. Yasaq edilmiş oyun. B., 1988. 357s.
  2. Müasir Azərbaycan ədəbiyyatı. B., 2006. 590s.
  3. М.Бахтин. Литературно-критические статьи. M., 1986. 540с.
  4. М.Бахтин. Вопросы литературы и эстетики. М., 1989. 498с.
  5. Maggie Bowers. Magie(al) Realism. Routledge. 2004. 342p.